Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.24.2025 | 12:50 | Baxılıb: 1391
London meri Sadiq Xan İngiltərə paytaxtında gecələyən ziyarətçilərdən turist vergisi alınması planları barədə danışıb.

“omrum.az” “BBC News”a istinadən xəbər verir ki, o, ölkədə hazırda müzakirə olunan “İngiltərədə icmaların səlahiyyət və imkanlarının genişləndirilməsi haqqında” qanun layihəsinin Londona gələn turistlərdən vergi alınmasına imkan verəcəyini bildirib. 

Təxmini hesablamalara görə, Londonda turist vergisi ildə 240 milyon funt-sterlinqə (təxminən 534 milyon 800 min AZN) qədər gəlir gətirə bilər.

Bununla belə, verginin konkret məbləği açıqlanmayıb.

Qeyd edək ki, İngiltərə hazırda yerli icmalara turist vergisi tətbiq etməyi qadağan edən yeganə G7 (“Böyük Yeddilik”) ölkəsidir.  

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.