Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bu tarixdə görüşəcəklər
 
						Bu tarixdə görüşəcəklər
Əlavə olunub: 05.13.2025 | 19:19 | Baxılıb: 2354
Ukrayna Prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

“omrum.az” TASS-a istinadən xəbər verir, bu haqda Ukrayna lideri açıqlama verib.

“Mayın 15-də Ankarada Ərdoğanla görüşüm olacaq”, - o qeyd edib.

Zelenski, həmçinin bildirib ki, Ankara və ya İstanbulda Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi də gözləyir.

Kiyevdən Rusiya və Ukrayna nümayəndələrinin fərqli tərkibdə görüşünün mümkünlüyünü nəzərdən keçirib-keçirməyəcəyi ilə bağlı suala isə Zelenski belə cavab verib:

“Biz hələ ki, başqa formatlar üzərində işləməmişik və müzakirə etməmişik. Mən tək olmayacağam, bu, faktdır, amma məsələ bu deyil”.

Zelenski əlavə edib ki, gələcəkdə danışıqlar qruplarının görüşləri mümkündür, lakin o hesab edir ki, bunun baş verməsi üçün atəşkəslə bağlı razılaşmalar əldə edilməlidir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.