Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bu yollarda qəza və sıxlıq var - Fotolar
 
						Bu yollarda qəza və sıxlıq var 
							 - Fotolar
Əlavə olunub: 02.25.2025 | 00:03 | Baxılıb: 1705
Hal-hazırda paytaxtın bəzi küçə və prospektlərində yolların sürüşkən olması səbəbindən qəzalar baş verib və nəqliyyat sıxlığı yaranıb. 

“omrum.az” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Yaranan sıxlığın aradan qaldırılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Qəza və sıxlıq olan yollar bunlardır:

1. Sabunçu rayonu, Aeroport şosesi, Hava limanı istiqamətində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;
2. Nizami rayonu. Mikayıl Əliyev küçəsi, “Milli Gimnastika Arenası”nın yaxınlığı, “Koroğlu” m/st istiqamətində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;
3. Nərimanov rayonu, Heydər Əliyev prospekti, köməkçi yol, “Bağırov” körpüsü, mərkəz istiqamətində, sıxlıq yaranıb;
4. Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Qara Qarayev prospekti istiqamətində sıxlıq yaranıb;
5. Yasamal rayonu, Tbilisi prospekti, körpü,  “20 Yanvar” dairəsi, mərkəz istiqamətində sıxlıq yaranıb;
6. Nərimanov rayonu, Ziya Bünyadov prospekti, "Çermet" körpüsü, hər iki istiqamətdə sıxlıq yaranıb.





Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.