Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Budəfəki görüşləri də diqqət çəkdi - Video - Fotolar
 
						Budəfəki görüşləri də diqqət çəkdi 
							 - Video - Fotolar
Əlavə olunub: 04.30.2025 | 09:51 | Baxılıb: 7575
Məlum olduğu kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən İtaliyaya səfər edib. Ölkənin Baş naziri Ciorcia Meloni tərəfindən qarşılanan Ərdoğan dördüncü Türkiyə-İtaliya Hökumətlərarası Zirvə Görüşündə iştirak edib.

“omrum.az” xəbər verir ki, Türkiyə lideri ilə İtaliya Baş nazirinin görüşü tərəflərin səmimi ünsiyyəti ilə də yadda qalıb.

Belə ki, İtaliyanın hökumət başçısının Türkiyə liderinə böyük hörmətlə yanaşması və səmimi münasibət göstərməsi fotoqrafların da diqqətindən yayınmayıb.

Eyni zamanda, Ərdoğan Melonini ölkəsinə səfərə dəvət edib.

Xatırladaq ki, tərəflərin bundan əvvəl də müxtəlif beynəlxalq platformalarda görüşü səmimi anlarla diqqət çəkib.







Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.