Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.13.2025 | 01:55 | Baxılıb: 2576
ABŞ federal büdcəsindən Müdafiə Nazirliyinin – Pentaqonun “Müharibə Nazirliyi” adlandırılması prosesi üçün təxminən 2 milyard dollar vəsait tələb oluna bilər.

“omrum.az” xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Məlumata görə, ad dəyişikliyi minlərlə lövhə, nişan, blank və emblemlərin yenilənməsini, həmçinin dünyanın müxtəlif yerlərində yerləşən ABŞ hərbi obyektlərində bütün müvafiq elementlərin dəyişdirilməsini nəzərdə tutur. Bildirilib ki, təkcə yeni blank və lövhələrin hazırlanması təxminən 1 milyard dollara başa gələ bilər.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp sentyabr ayının əvvəlində Müdafiə Nazirliyinin adının “Müharibə Nazirliyi” olaraq dəyişdirilməsi barədə fərman imzalamışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.