Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Bütün cavablar Moskvadadır” - Zelenski
 
						“Bütün cavablar Moskvadadır” 
							 - Zelenski
Əlavə olunub: 05.14.2025 | 23:56 | Baxılıb: 1389
“Hərbçilərimizi tərifləmək istəyirəm. Amma bu çox vacibdir. Baş Komandan Sırski bu gün cəbhədəki vəziyyətlə bağlı - bütün istiqamətlər üzrə məruzə edib”.

“omrum.az” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda yayımladığı videomüraciətdə deyib:

“Hər gün yüzdən çox döyüş olur. Ən şiddətli döyüşlər Donetsk vilayətinin Pokrovsk sektorunda gedir. Biz Kursk və Belqorod vilayətlərində aktiv əməliyyatlarımızı davam etdiririk - Ukraynanın sərhədyanı ərazilərini fəal şəkildə müdafiə edirik.

Bu müharibə ilə bağlı bütün sualların cavabı - niyə başladı və niyə davam edir - bütün bu cavablar Moskvadadır. Müharibənin necə bitəcəyi dünyadan asılıdır. Ukrayna istənilən formatda danışıqlara hazırdır və biz bu görüşlərdən qorxmuruq. Sabah – Türkiyədə”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.