“omrum.az” xəbər verir ki, Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitriy Lubinets teleqram kanalında uzun müddətdir əsirlikdə olan ukraynalı hərbçilərin ölkələrinə qayıtması anının görüntülərini paylaşıb.
Həmin görüntülərdən birində isə gənc əsgərin Ukraynaya qayıtdıqdan dərhal sonra ilk telefon zəngini anasına etdiyini və sevincini onunla bölüşdüyünü görmək mümkündür.
Telefon danışığı zamanı “Salam ana! Mən qayıtdım, evdəyəm, ana. Doğma torpaqdayam. Tezliklə gələcəyəm, səni sevirəm” deyən gəncin görüntüləri maraqla qarşılanıb və sosial şəbəkələrdə gündəm olub.
Həmin görüntüləri təqdim edirik: