Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.05.2025 | 06:12 | Baxılıb: 1198
Azərbaycan millisinin üzvü Cəlal Hüseynovun da formasını geydiyi “Arda” Bolqarıstan çempionatında üçüncü turun oyununa çıxıb.

“omrum.az” xəbər verir ki, komanda səfərdə “Botev Plovdiv”in qonağı olub. 

Görüş “Arda”nın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Cəlal bu matça meydana start heyətdə çıxıb. O, sonadək oynayıb. 22 yaşlı müdafiəçi 38-ci dəqiqədə fərqlənsə də, VAR-ın müdaxiləsindən sonra qol ofsayt səbəbindən hesaba alınmayıb. 

Qeyd edək ki, mövsümdə ilk qələbəsini qazanan “Arda” xallarının sayını 4-ə çatdırıb və turnir cədvəlində 7-ci pilləyə yüksəlib. 

3 turdan sonra Bolqarıstan çempionatında lider UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində “Sabah”ın rəqibi olan “Levski”dir (9 xal).

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.