Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Cəlilabadda ağır qəza - Fotolar - Yenilənib
 
						Cəlilabadda ağır qəza 
							 - Fotolar - Yenilənib
Əlavə olunub: 08.01.2025 | 09:22 | Baxılıb: 1949
Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

“omrum.az” xəbər verir ki, hadisə rayonun Əsədli kəndi ərazisində qeydə alınıb. 

Belə ki, “QAZ 53” markalı avtomobili aşıb, nəticədə ölən və yaralananlar var.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır.

***

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 7 radələrində N.Abbasov idarə etdiyi “QAZ 53” markalı yük avtomobili ilə Cəlilabad rayonunun Əsədli kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

Nəticədə avtomobilin yük hissəsində olan sərnişin 32 yaşlı C.Hüseyinov ölüb, sürücü və digər sərnişin isə bədən xəsarəti alıb.

Araşdırma aparılır.

Surxay Şahbazov



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.