Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Cənubi Koreyanın yeni prezidenti o seçildi
 
						Cənubi Koreyanın yeni prezidenti o seçildi
Əlavə olunub: 06.04.2025 | 01:35 | Baxılıb: 1653
Cənubi Koreya Respublikasının yeni prezidenti seçilib.

“omrum.az” TASS-a istinadən xəbər verir ki, bu haqda ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Belə ki, Toburo Demokratik Partiyasından olan namizəd Li Çje Myon 49,4% səslə qalib gəlib.

Səslərin təqribən 95%-nin hesablanmasından sonra Cənubi Koreya mediası artıq Li Çje Myonun qələbəsinin təmin olunduğunu bəyan edib.

Hakim mühafizəkar Vətəndaş Gücü Partiyasının namizədi Kim Mun Su isə 41,1% səs toplayıb.

Cənubi Koreya KİV-ləri qeyd ediblər ki, Li Çje Myonun səlahiyyət müddəti MSK sədrinin plenar iclasda seçilmiş prezidenti elan etdiyi vaxt başlayacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.