Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Cənubi Qafqaz regionunda inkişafın yeni mərhələsi başlayacaq” - Paşinyan
 
						“Cənubi Qafqaz regionunda inkişafın yeni mərhələsi başlayacaq” 
							 - Paşinyan
Əlavə olunub: 08.09.2025 | 01:01 | Baxılıb: 1795
“Ermənistan və Azərbaycan ikitərəfli münasibətlərdə fundamental mərhələyə qədəm qoyur”. 

“omrum.az” xəbər verir ki, bu fikri Ermənistan Baş naziri Nikol Paşinyan Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən üçtərəfli görüşdə səsləndirib.

Ermənistan Baş naziri keçmişi arxada qoyaraq gələcəyə baxdıqlarını söyləyib. 

Bildirib ki, bu mərhələ ABŞ Prezidentinin iştirakı olmadan mümkün deyildi. 

“Sülh sazişinin hazırlanması və imzalanması iki ölkənin yeni mərhələyə qədəm qoyması, eləcə də qarşılıqlı olaraq suverenlik və ərazi bütövlüyünə hörmətlə yanaşılması deməkdir. Bugünkü bəyannaməyə Prezident Tramp da imza atır. Bu sənədlə biz tariximizin yeni fəslini açırıq. Beləcə, Cənubi Qafqaz regionunda inkişafın yeni mərhələsi başlayacaq. Ermənistan Trampın “Sülh və Rifah Marşrutu"in tamamlanması və icrası istiqamətində bərabərhüquqlu əməkdaşlıq edəcək. Bundan sonra iqtisadi imkanların genişləndirilməsi və infrastruktur sahəsində investisiyaların qoyulmasına başlanacaq”.

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.