Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Cibgirlik edən Əlcəzair vətəndaşları tutuldu - Foto
 
						Cibgirlik edən Əlcəzair vətəndaşları tutuldu 
							 - Foto
Əlavə olunub: 05.14.2025 | 14:04 | Baxılıb: 1702
Bakının mərkəzində cibgirlik edən Əlcəzair vətəndaşları saxlanılıb.

“omrum.az” xəbər verir ki, Səbail RPİ-nin 9-cu Polis Bölməsinə daxil olan məlumat əsasında əməliyyat tədbirləri keçirilib.

Paytaxt ərazisində silsilə talama cinayətləri törətməkdə şübhəli bilinən Əlcəzair vətəndaşları 30 yaşlı Mahdi Sidi Muhamed və 28 yaşlı Abkari Riad Bourouba tutulublar.

Araşdırmalarla məlum olub ki, onlar paytaxt ərazisində ayrı-ayrı vaxtlarda şəhərin mərkəzində yerləşən və insanların sıx olduğu ictimai iaşə obyektlərində cibgirlik yolu ilə müxtəlif şəxslərin mobil telefonlarını və digər qiymətli əşyalarını oğurlayıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.