Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.20.2025 | 23:15 | Baxılıb: 2019
Braziliyanın Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasının (COP30) iqlim konfransında yanğın baş verib.

“omrum.az” “The Guardian”a istinadən xəbər verir ki, yanğın nəticəsində xəsarət alan olmayıb.

Yanğın baş verən pavilyondan insanlar təxliyə edilib. Hadisə yerinə onlarla yanğınsöndürən gəlib. 

Braziliyanın turizm naziri Celso Sabino hadisə ilə bağlı “İstintaq yanğının necə başladığını müəyyən edəcək, lakin mən bunun qəsdən törədildiyinə şübhə edirəm”, - bildirib.

Qeyd edək ki, COP30 iqlim konfransı Braziliyanın Belem şəhərində 10–21 noyabr tarixlərində keçirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.