Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.23.2025 | 18:47 | Baxılıb: 2013
Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

“omrum.az” xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Təmsilçimiz üçüncü yer uğrunda görüşdə ispaniyalı Fransisko Qarriqosa qalib gəlib.

Bu, Azərbaycan cüdoçularının turnirdə qazandığı ilk mükafat olub.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.