Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Dağlıq ərazidə yıxılıb yaralandı, belə xilas olundu - Video
 
						Dağlıq ərazidə yıxılıb yaralandı, belə xilas olundu 
							 - Video
Əlavə olunub: 08.06.2025 | 09:09 | Baxılıb: 1576
Qəbələ rayonunun Laza kəndində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə bir nəfər köməksiz vəziyyətdə qalıb.

“omrum.az” xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 1986-cı il təvəllüdlü İbişov Elşən Sevdiyar oğlunun dağlıq ərazidə yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

Xilasedicilər çətin keçidli dağlıq-meşəlik ərazidə köməksiz vəziyyətdə qalan şəxsi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.