Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.03.2025 | 23:21 | Baxılıb: 1282
Azərbaycanlı güləşçi Günay Qurbanova İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.

“omrum.az” xəbər verir ki, bütün rəqiblərini vaxtından əvvəl məğlub edərək finala yüksələn qadın güləşçimiz finalda türkiyəli Sevim Akbaşla qarşılaşıb.

Həlledici görüşdə həmyerlimiz böyük üstünlüklə (9:1) qələbə qazanaraq Avropa çempionu olub.

Xatırladaq ki, Qurbanova daha öncə ilk reytinq turnirinin və U-23 Avropa çempionatının qalibi olub.

Qeyd edək ki, ötən gün 60 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Ayxan Cavadov da Avropa çempionu titulunu qazanıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.