Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Daha bir ölkədə evtanaziya qanuniləşdi
 
						Daha bir ölkədə evtanaziya qanuniləşdi
Əlavə olunub: 05.28.2025 | 07:36 | Baxılıb: 3559
Fransa parlamentinin aşağı palatası evtanaziyaya icazə verən qanun layihəsini qəbul edib.

“omrum.az” xəbər verir ki, bu barədə “France-24” məlumat yayıb.

Bildirilib ki, qanun layihəsi 305 lehinə və 199 əleyhinə səslə təsdiqlənib. Sənəd bundan sonra parlamentin yuxarı palatasında müzakirə olunacaq.

Məlumata görə, evtanaziyadan yalnız 18 yaşdan yuxarı şəxslər istifadə edə biləcəklər.

Fransa səhiyyə naziri Ketrin Votrin qanun layihəsinin 2027-ci il prezident seçkilərinə qədər qüvvəyə minəcəyini bildirib. 

Qeyd edək ki, hazırda evtanaziya Kanada, Belçika, Portuqaliya, İspaniyada, Lüksemburq və Niderlandda qanunidir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.