Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Daha bir yeniyetmə kanalda batdı - Fotolar
 
						Daha bir yeniyetmə kanalda batdı 
							 - Fotolar
Əlavə olunub: 07.03.2025 | 16:12 | Baxılıb: 1695
Beyləqanda yeniyetmə kanalda batıb.

“omrum.az"in məlumatına görə, hadisə Köhnə Xanqızı kanalının rayonun ərazisindən keçən hissəsində baş verib.

Rayonun Eyvazalılar kənd sakini Əkbər Nizami oğlu Qasımov kanalda çimərkən batıb.

Axtarışa FHN-in Aran Dalğıc Axtarış qrupu cəlb edilib.

Faktla bağlı araşdırma başlanıb.

Qeyd edək ki, iyun ayının sonlarında Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində beton kanalda kənd sakini 2009-cu il təvəllüdlü Nihad Vüqar oğlu Nağızadə batıb və hələ də ondan xəbər yoxdur.

İyulun 1-i Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 2008-ci il təvəllüdlü Anar Rəşad oğlu Əmirov batıb. Onun meyiti ötən gün suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ziya Əmirxanlı


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.