Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Daha iki tiktoker ev dustaqlığına buraxıldı
 
						Daha iki tiktoker ev dustaqlığına buraxıldı
Əlavə olunub: 06.03.2025 | 18:50 | Baxılıb: 2254
Satış məqsədi olmadan narkotik vasitə saxlama ittihamı ilə həbs edimiş daha iki tiktoker azadlığa buraxılıb.

Bu barədə “omrum.az”ya vəkil Yusif Seyfəlov məlumat verib.

Vəkilin sözlərinə görə, Nərimanov Rayon Məhkəməsi müvəkkilləri- Əsgər Əlizadə (“Xan”) və Nuh Məmmədzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətləri təmin edib.

Qərara əsasən hər iki tiktoker ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, ötən həftə də eyni ittihamla saxlanılan bir neçə tiktoker barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.