Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Danışıqlardan sonra Aİ onlayn toplanacaq
 
						Danışıqlardan sonra Aİ onlayn toplanacaq
Əlavə olunub: 08.18.2025 | 20:20 | Baxılıb: 608
Avqustun 19-da Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlardan sonra Aİ-nin videokonfrans rejimində fövqəladə sammiti keçiriləcək.

“omrum.az” xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Antonio Koşta “X” sosial şəbəkəsində məlumat verib.

“Mən Vaşinqtondakı danışıqların nəticələri barədə Aİ liderlərini məlumatlandırmaq üçün Avropa Şurasının videokonfransını çağırmışam”, - Koşta yazıb.

O, həmçinin Aİ-nin ABŞ-lə birlikdə Ukrayna üçün uzunmüddətli sülh və təhlükəsizlik təminatlarına nail olmaq üçün çalışacağına ümid etdiyini bildirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.