Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Danışıqların növbəti raundu başladı
 
						Danışıqların növbəti raundu başladı
Əlavə olunub: 05.11.2025 | 15:48 | Baxılıb: 1246
Omanda Vaşinqton və Tehran arasında İranın nüvə proqramı ətrafındakı böhranın nizamlanması üzrə danışıqların dördüncü raundu başlayıb.

“omrum.az” xəbər verir ki, bu haqda ISNA məlumat yayıb.

Danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçı, ABŞ nümayəndə heyətinə isə Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff başçılıq edirlər.

Qeyd edək ki, nümayəndələr arasında danışıqların birinci raundu aprelin 12-də Maskatda, ikinci raund aprelin 19-da Romada, üçüncü raund isə yenidən aprelin 26-da Maskatda keçirilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.