Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Danışıqların növbəti raundu Romada ola bilər
 
						Danışıqların növbəti raundu Romada ola bilər
Əlavə olunub: 05.20.2025 | 10:09 | Baxılıb: 697
ABŞ və İran arasında danışıqların beşinci raundu mayın 24-dən 25-nə qədər Romada keçirilə bilər.

“omrum.az” xəbər verir ki, bu barədə məlumatı “The Wall Street Journal” qəzetinin jurnalisti Lourens Norman “X” hesabında paylaşıb. 

Xatırladaq ki, ABŞ və İran Tehranın nüvə proqramı ətrafında fikir ayrılığının nizamlanmasında dair Omanın vasitəçiliyi ilə 4 danışıqlar keçirib. Bunlardan birincisi aprelin 12-də Omanın paytaxtı Maskatda, ikincisi aprelin 19-da Romada, üçüncü və dördüncü isə aprelin 26-da və mayın 11-də yenidən Maskatda baş tutub.

Danışıqlar zamanı İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçı, ABŞ heyətinə isə ölkə Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff başçılıq edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.