Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Danışıqların yekununu açıqladı
 
						Danışıqların yekununu açıqladı
Əlavə olunub: 05.16.2025 | 19:55 | Baxılıb: 2496
“Tərəflər yenidən görüşmək barədə prinsipial razılığa gəliblər”.

“omrum.az” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “X” hesabında Rusiya-Ukrayna danışıqlarının yekunlarını açıqlayan zaman qeyd edib.

“Bu gün dünya sülhü üçün mühüm bir gün idi. Gərgin diplomatik səylər nəticəsində Rusiya və Ukrayna nümayəndə heyətləri Türkiyənin vasitəçiliyi ilə İstanbulda görüş keçirib”, - H. Fidan yazıb.

O, tərəflərin 1000 nəfərlik əsir mübadiləsi barədə razılığa gəldiklərini də vurğulayıb:

“Onlar həmçinin atəşkəs əldə etməyə imkan verəcək şərtləri yazılı şəkildə qarşı tərəflə bölüşməyə razılaşıblar. Biz Türkiyə olaraq Rusiya ilə Ukrayna arasında davamlı sülhün əldə olunması üçün hər cür səy göstərməyə davam edəcəyik”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.