Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Daşkəsəndə hərbçi binadan yıxıldı
 
						Daşkəsəndə hərbçi binadan yıxıldı
Əlavə olunub: 04.10.2025 | 12:57 | Baxılıb: 1817
Daşkəsəndə 36 yaşlı kişi binanın üçüncü mərtəbəsindən yıxılıb.

“omrum.az” xəbər verir ki, hadisə Daşkəsən şəhərinin Səməd Vurğun küçəsində yerləşən dördmərtəbəli yaşayış binasında qeydə alınıb.

Belə ki, Şəmkir rayonunun Çənlibel kənd sakini E.Hümbətov pəncərədən yıxılaraq xəsarət alıb. Onun həmin ünvana qonaq getdiyi, hadisənin də bu zaman baş verdiyi bildirilir.

Xəstəxanaya çatdıran E.Hümbətovun vəziyyəti orta ağırdır.

Qeyd edək ki, xəsarət alan şəxs hərbçidir.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.