Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.19.2025 | 10:36 | Baxılıb: 5650
Ötən gecə keçirilən DÇ-2026-nın seçmə mərhələ oyunlarından sonra Kurasao millisi tarix yazıb.

“omrum.az” xəbər verir ki, onlar Şimali Amerika seçmə mərhələsinin 6-cı turunda Yamayka ilə qarşılaşıb və 0:0 hesablı heç-heçə edib.

Nəticədə 2-ci qrupda mübarizə aparan komanda mundiala birbaşa vəsiqəni rəsmiləşdirib. 

Kurasao bununla da ilk dəfə mundialda çıxış edən millilər siyahısına adını yazdırıb. 

Bundan başqa onlar mundiala vəsiqə qazana ən az əhaliyə malik ölkədir. Belə ki, bu ölkənin cəmi 156 min əhalisi var. 

Kurasao Niderland Krallığının idarəçiliyindədir. Lakin son illərdə bu ölkənin futbolçuları Avropanın bir çox aparıcı çempionatlarında top qovur. Həmin çempionatların başında isə elə Niderland Erdiviziyası gəlir. 

Komandanın baş məşqçisi niderlandlıdır. Bir vaxtlar “Fənərbaxça”, “Feyenoord”, “Sanderlend” kimi klubları, Belçika, Rusiya, Niderland millisini çalışdırmış Dik Advokat komandaya rəhbərlik edir. 






Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.