Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Dəhrə ilə həmkəndlisini öldürüb polisə təslim oldu
 
						Dəhrə ilə həmkəndlisini öldürüb polisə təslim oldu
Əlavə olunub: 06.15.2025 | 20:40 | Baxılıb: 2716
Qəbələ rayonunda qətl hadisəsi törədilib.

“omrum.az"in əldə etdiyi məlumata görə, hadisə saat 19 radələrində Solquca kəndi ərazisində baş verib.

Kənd sakini 1986-cı il təvəllüdlü Teymur Eynulla oğlu Səfərəliyev münaqişə zəminində həmkəndlisi, 1974-cü il təvəllüdlü Dəmir Rəsul oğlu Ayvazovun baş nahiyəsinə dəhrə ilə zərbə endirib.

Ağır xəsarət alan 51 yaşlı kişi hadisə yerində ölüb. T.Səfərəliyev könüllü olaraq polis şöbəsinə gedərək təslim olub. Faktla bağlı araşdırma aparılır.

Aslan Vəliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.