Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Dənizdən meyiti tapılan şəxs tələbə imiş... - Foto
 
						Dənizdən meyiti tapılan şəxs tələbə imiş... 
							 - Foto
Əlavə olunub: 07.01.2025 | 12:40 | Baxılıb: 5073
İyunun 29-da Bakı Ağ Şəhər bulvarı ərazisində dənizdən meyiti tapılan şəxs Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbəsi imiş.

“omrum.az"in əldə etdiyi məlumata görə, meyiti tapılan şəxsin Akademiyanın tələbəsi 18 yaşlı Abbas İsmayılov olduğu müəyyən edilib.

O, ADDA-da “gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasının II kurs tələbəsi olub.

A.İsmayılovun hansı şəraitdə və nə vaxt dənizə düşərək öldüyü hələlik məlum deyil.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Aslan Vəliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.