Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Deputatlığa keçmiş namizəd narkotik ittihamı ilə tutuldu
 
						Deputatlığa keçmiş namizəd narkotik ittihamı ilə tutuldu
Əlavə olunub: 08.04.2025 | 11:46 | Baxılıb: 3431
Klassik Xalq Cəbhəsi Partiyasının Qazax Seçki Dairəsi üzrə deputatlığa namizədi olmuş şəxs həbs edilib.

“omrum.az"in əldə etdiyi məlumata görə, rayonun Cəfərli kənd sakini Şöhrət Əsəd oğlu Məmmədzadə yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməkdə ittiham edilir.

Məlumata görə, ona məxsus həyətyanı sahədə aqrotexniki qaydada qulluq edilən çətənə kolları aşkarlanıb. Onun əməllləri ilə bağlı başlanan cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Aslan Vəliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.