Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
DİN onlar üçün 60 min manata yaxın vəsait xərcləyib
 
						DİN onlar üçün 60 min manata yaxın vəsait xərcləyib
Əlavə olunub: 05.13.2025 | 10:04 | Baxılıb: 1131
İnsan alverinin qurbanları üçün Daxili İşlər Nazirliyi (DİN) tərəfindən 60 min manata yaxın vəsait xərclənib.

“omrum.az” xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirə edilən İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.

Bildirilib ki, insan alverinə qarşı mübarizədə iştirak edən ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının maliyyə təminatının artırılması da diqqətdə olmaqla bu məqsədlə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən elan edilmiş qrant müsabiqəsi çərçivəsində 10 müvafiq təşkilata 140.500 manat vəsait ayrılıb, həmçinin insan alveri cinayətlərinin qurbanı olmuş şəxslərin sosial reabilitasiyasına, sığınacaqda saxlanılmasına və onlara birdəfəlik müavinətlərin verilməsinə Daxili İşlər Nazirliyi tərəfindən 59.786 manat xərclənib.

Nuranə Daxilqızı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.