Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.24.2025 | 11:44 | Baxılıb: 3645
Ötən gün bank kartlarından 6000, 1200, 778, 693, 647, 650, 457, 370, 365, 241, 70 manat pul vəsaitləri kiberüsulla oğurlanıb.

“omrum.az” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Nazirlik kiberoğurluq halları ilə bağlı vətəndaşlara yenidən xəbərdarlıq edib: “Bu cür cinayət halları adətən naməlum nömrələrdən gələn zəng və SMS-lər, habelə saxta saytlar və platformalar vasitəsilə həyata keçirilir. Şəxsi bank kartı məlumatlarını, xüsusilə, kartın nömrəsini, PIN kodunu, CVV kodunu və bir dəfəlik təsdiq (OTP) şifrələrini heç bir halda digər şəxslərlə, o cümlədən özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edən şəxslərlə paylaşmaq olmaz”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.