
“omrum.az” xəbər verir ki, bu barədə “Barça Universal” nəşri məlumat yayıb.
Bildirilib ki, qapıçı Joan Qarsiya və hücumçu Rafinya La Liqanın növbəti turunda – noyabrın 22-də baş tutacaq “Atletik Bilbao” ilə oyuna qədər sağalaraq komandanın sərəncamında olacaq.
Gənc ulduz Lamin Yamal isə təxminən 8-10 gün meydana çıxa bilməyəcək. Pedrinin dekabrın ortalarında, Mark-Andre ter Ştegenin yanvarda, Qavinin isə yalnız fevralda bərpa olunaraq oynamağa başlaması gözlənilir.
Qeyd edək ki, hazırda “Barselona” turnir cədvəlində 28 xalla ikinci pillədə qərarlaşıb və lider “Real Madrid”dən 3 xal geri qalır.