Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Dörd ölkə lideri Trampla danışıqlar apardı
 
						Dörd ölkə lideri Trampla danışıqlar apardı
Əlavə olunub: 05.19.2025 | 11:44 | Baxılıb: 1179
İtaliya və Böyük Britaniyanın Baş nazirləri Ciorcia Meloni və Kir Starmer, Almaniya Kansleri Fridrix Mertz və Fransa Prezidenti Emmanuel Makron ABŞ lideri Donald Trampla telefonla məsləhətləşmələr həyata keçirib.

“omrum.az” xəbər verir ki, bu barədə məlumatı İtaliya hökumətinin Mətbuat xidməti yayıb. 

Bildirilib ki, mayın 18-i axşam saatlarında aparılan danışıqların əsas mövzusunu Ukraynadakı münaqişənin nizamlanması məsələsi təşkil edib.

Xatırladaq ki, D.Tramp mayın 19-da Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı aparacağını açıqlayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.