Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Dördüncü dəfə masaya oturacaqlar
 
						Dördüncü dəfə masaya oturacaqlar
Əlavə olunub: 05.06.2025 | 08:05 | Baxılıb: 923
Tehranın nüvə proqramı ilə bağlı ABŞ-İran danışıqlarının dördüncü raundu bu həftəsonu - mayın 10-11-də baş tuta bilər.

“omrum.az” “Axios”a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff deyib.

“ABŞ bu həftəsonu İranla nüvə danışıqlarının dördüncü raundunun keçirilməsinə razılıq verməyə çalışır. Əgər görüş baş tutmasa, bu, yalnız ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqə səfəri ilə bağlı olacaq”, - o qeyd edib.

Uitkoffun sözlərinə görə, İranla danışıqlar müsbət xarakter daşıyır: “Biz müəyyən irəliləyiş əldə edirik. Ümid edirəm ki, onlar danışıqları düzgün istiqamətə aparırlar. Prezident problemin diplomatik yolla həll olunmasını istəyir, ona görə də biz onların hərəkətə keçməsi üçün əlimizdən gələni edirik”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.