Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.26.2025 | 13:42 | Baxılıb: 2108
Bakıda turistə məxsus pul vəsaitinin oğurlanması ilə bağlı şübhəli şəxs müəyyən olunub.

“omrum.az” xəbər verir ki, noyabrın 25-i 1991-ci il təvəllüdlü xarici vətəndaşın 1600 manat, 60 ABŞ dolları və 80 funt sterlinq məbləğində pulunun oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 25 yaşlı Səbuhi Salmanzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla məlum olub ki, şübhəli şəxs dostunun sosial şəbəkələr vasitəsilə tanış olduğu turistin kirayə yaşadığı mənzilə girərək pul vəsaitini oğurlayıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində oğurluq maddəsi üzrə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.