Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Dövlət əleyhinə çağırışlarda ittiham edilənlərin məhkəməsi başladı
 
						Dövlət əleyhinə çağırışlarda ittiham edilənlərin məhkəməsi başladı
Əlavə olunub: 05.01.2025 | 15:27 | Baxılıb: 4306
Dövlət əleyhinə çağırışlar etmə ittihamı ilə həbs edilən cəbhəçilər - Gündüz Mirzəyev və Zaur Əsgərovun məhkəməsi başlayıb.

“omrum.az"in məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilk iclas keçirilib.

Hazırlıq iclasının mahiyyətinə uyğun olaraq təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.

Müttəhimlərin ikisinin də vəkilləri müvəkkillərinin ev dustaqlığına buraxılmasını və şüşə qəfəsdən çıxarılaraq yanlarında əyləşməsini istəyiblər. 

Azər Tağıyevin sədrlik etdiyi məhkəmə tərkibi həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi vəsatətini əsaslı hesab etməyib. Digər vəsatət isə təmin edilib. Gələn iclasda müttəhimlər vəkilləri ilə bir sırada əyləşəcəklər.

İş mayın 15-nə baxışa verilib. 

Qeyd edək ki, Gündüz və Zaur prokurorluq tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. Onlara qarşı Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar etmə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib. Bu maddənin sanksiya həddində 5 ildən 8 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. 

G.Mirzəyev 2020-ci ildə Milli Məclisdə basqına görə həbs edilmişdi. Sonradan sınaq müddəti seçilməklə şərti azadlığa buraxılıb. Həbsinə kimi bərbərliklə məşğul olub. Təqsirləndirilən hər iki şəxs əvvəllər Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olublar. 

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.