Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Dövlət idarələrində qeyri-iş günü olacaq - İranda enerji böhranı
 
						Dövlət idarələrində qeyri-iş günü olacaq 
							 - İranda enerji böhranı
Əlavə olunub: 08.20.2025 | 12:11 | Baxılıb: 2244
Enerji böhranı səbəbilə avqustun 23-də İranda bir sıra əyalətlərdəki dövlət müəssisələrində qeyri-iş günü olacaq.

“omrum.az” “Iran International”a istinadən xəbər verir ki, 100 dövlət idarəsində elektrik enerjisi kəsiləcək.

İranın ticarət palatasının rəhbəri Arman Xaleqi məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, ümumilikdə, sənaye müəssisələri yalnız enerji çatışmazlığı səbəbindən istehsal gücünün 30-60 faizini itirib:

“Rəsmiləri sanksiyalar təzyiqini azaltmaq üçün məşğulluq siyasətini qəbul etməyə çağırıram. Ölkəmiz regional və beynəlxalq imkanlardan istifadə etməlidir. İndiki yol nə davamlıdır, nə də İran iqtisadiyyatına yaraşır”.

Eyni zamanda bildirilib ki, çatışmazlıqlar sənaye istehsalını ləngidir, rabitə və internet xidmətlərini də pozur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.