Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Dövlət sərhədində narkotik daşıyan PUA zərərsizləşdirildi - Fotolar
 
						Dövlət sərhədində narkotik daşıyan PUA zərərsizləşdirildi 
							 - Fotolar
Əlavə olunub: 04.18.2025 | 19:18 | Baxılıb: 2250
İranla dövlət sərhədində müşahidə edilən PUA zərərsizləşdirilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “omrum.az”ya verilən məlumata görə, aprelin 18-də DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin pilotsuz uçuş aparatı vasitəsilə (PUA) İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində hava məkanımıza qanunsuz daxil olan kiçik ölçülü PUA vaxtında aşkarlanaraq zərərsizləşdirilib.

Hadisə yerinə baxış zamanı ümumi çəkisi 543 qram narkotik vasitə (8 qram tiryək; 535 qram marixuana) götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.