Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
DSMF-nin vəzifəli şəxsi maşınla piyadanı vurub öldürdü
 
						DSMF-nin vəzifəli şəxsi maşınla piyadanı vurub öldürdü
Əlavə olunub: 03.08.2025 | 23:51 | Baxılıb: 12589
Qaxda 53 yaşlı piyadanı avtomobil vuraraq öldürüb.

“omrum.az"in məlumatına görə, hadisə rayonun Ləkit kəndi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən piyada, 53 yaşlı Bakı şəhər sakini Həsənov Natiq Tofiq oğlunu vurub.

Ağır bədən xəsarətləri alan N.Həsənov dünyasını dəyişib.

Məlumata görə, piyadanın ölümünə səbəb olan “Xəzər” markalı avtomobili Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Şəki-Zaqatala Regional Filialının direktoru, Zaqatala sakini Turan Əsədov idarə edib.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.