Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
DTX və DSX birgə əməliyyat keçirdi
 
						DTX və DSX birgə əməliyyat keçirdi
Əlavə olunub: 07.07.2025 | 19:00 | Baxılıb: 1882
Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmət birgə əməliyyat-axtarış tədbirləri keçirib.

“omrum.az” xəbər verir ki, külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri zamanı, Azərbaycanın İran ilə sərhəddinin İmişli rayonu ərazisindən keçən hissəsində ümumi çəkisi 42 kiloqrama yaxın müxtəlif növ narkotik vasitələrin (33 kq 125 qr qurudulmuş marixuana, 5 kq 015 qr tiryək, 2 kq 090 qr heroin, 1 kq 440 qr metanfetamin) ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.