Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Dünənki mübahisəyə görə 1 milyard dollardan çox itirə bilərdi...
 
						Dünənki mübahisəyə görə 1 milyard dollardan çox itirə bilərdi...
Əlavə olunub: 06.06.2025 | 11:52 | Baxılıb: 2705
ABŞ Prezidenti Donald Tramp amerikalı sahibkar İlon Maskla mübahisəyə görə bir gündə 1 milyard dollardan çox itirə bilərdi.

“omrum.az” xəbər verir ki, bu barədə “Axios” nəşri yazıb.

Qeyd olunur ki, “Trump Media and Technology Group”un səhmlərinin dəyərinin 8% azalması Ağ Ev rəhbərinə təxminən 202 milyon dollara baha başa gəlib.

Həmçinin Tramp üçün daha ciddi zərbə “$TRUMP” memkoinin təxminən 10% düşməsi olub. Buradakı itkilər təxminən 900 milyon dollar təşkil edib.

Qeyd edək ki, ötən gün Tramp və Mask arasında biznesmenin Ağ Evi tərk etmək qərarına görə ictimai mübahisə yaranıb. Buna səbəb federal xərclərin azaldılması ilə bağlı qanun layihəsi olub. Mask iyunun 3-də “X” sosial şəbəkəsində paylaşım edərək Trampın bu layihəsini kəskin tənqid edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.