Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.15.2025 | 22:00 | Baxılıb: 1621
Rusiyanın “Pobeda” aviaşirkəti dünyada ilk dəfə olaraq robot stüardessanı sınaq uçuşunda sınayıb.

“omrum.az” xarici KİV-ə istinadən xəbər verir ki, Moskva-Ulyanovsk reysi sərnişinləri uçuş öncəsi “Volodya” adlı robot stüardessa ilə qarşılanıb.

Sınaq mərhələsində olan “Volodya” sərnişinlərin böyük marağına səbəb olub. Robot stüardessa sərnişinlərin bilet yoxlamasını həyata keçirdikdən sonra uçuşdan əvvəlki təhlükəsizlik qaydalarını izah edib.

Aviaşirkət bildirib ki, bu, “Volodya”nın dünyada ilk sınaq uçuşudur. Nəticələr qiymətləndirildikdən sonra robot stüardessanın digər reyslərdə də istifadəsi planlaşdırılır. Sərnişinlər “Volodya” ilə şəkil çəkdirərək bu texnoloji yeniliyi yaddaqalan anlara çeviriblər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.