Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Dünyanın ən kasıb prezidenti” öldü
 
						“Dünyanın ən kasıb prezidenti” öldü
Əlavə olunub: 05.13.2025 | 23:45 | Baxılıb: 5813
Uruqvayın xərçəng xəstəliyindən əziyyət çəkən keçmiş Prezidenti Xose Muxika 90 yaşında vəfat edib.

“omrum.az” xəbər verir ki, bu barədə Uruqvayın hazırkı Prezidenti Yamandu Orsi “X”də məlumat verib.

“Dərin kədər hissi ilə yoldaşımız Muxikanın vəfatını bildiririk”, - o yazıb.

Qeyd edək ki, X. Muxika 2010-2015-ci illərdə Uruqvayın prezidenti olub. Daha sonra vəzifəsini tərk edərək yerli Senata seçilib və 2018-ci ildə vaxtından əvvəl istefa verib. Muxika öz sadə həyat tərzi ilə dünya siyasətində tanınan simalardan biri olub və mediada “dünyanın ən kasıb prezidenti” adlandırılıb. O, hətta prezident olduğu dövlərdə kənd evində yaşamağa davam edib və dövlət başçısı maaşının böyük hissəsini xeyriyyə üçün ayırıb.




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.