Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.04.2025 | 22:00 | Baxılıb: 4111
Polşanın Krakov şəhəri dünyanın ən təmiz şəhəri və səyahətlər üçün ən rahat məkan elan edilib.

“omrum.az” xəbər verir ki, bu barədə “Radical Storage” adlı tədqiqat şirkəti məlumat yayıb.

Araşdırmaya əsasən, Krakova səfər edən turistlərin 98,5 faizi şəhərin həddindən artıq təmiz olduğunu bildirib.

Siyahıda ikinci yer Birləşmiş Ərəb Əmirliklərindən Şarja (98 faiz), üçüncü yerdə isə Sinqapur şəhər-dövləti (97,9 faiz) qərarlaşıb. Həmçinin Varşava, Doha, Ər-Riyad, Praqa, Maskat, Dubay və Fukuoka kimi şəhərlər də sözügedən siyahıda yer alıb.

Xatırladaq ki, bundan öncə qurum Macarıstanın paytaxtı Budapeşti dünyanın ən çirkli şəhəri olaraq seçmişdi.



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.