Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Düşünün, İranın nüvə silahı olsa, nə olardı...” - Netanyahu
 
						“Düşünün, İranın nüvə silahı olsa, nə olardı...” 
							 - Netanyahu
Əlavə olunub: 06.15.2025 | 17:04 | Baxılıb: 5047
Xəbər verdiyimiz kimi, İsrailin Baş naziri Benyamin Netanyahu raket hücumuna məruz qalan Bat Yam şəhərinə səfər edib.

“omrum.az” xəbər verir ki, bu haqda “The Jerusalem Post” məlumat yayıb.

Baş nazir burada İranın hava zərbələri ilə bağlı açıqlamalar verib:

“İran qəsdən törətdiyi dinc əhalinin - qadınların, uşaqların - qətlinə görə çox ağır bədəl ödəyəcək. Biz məqsədlərimizə çatacağıq və onlara böyük güclə zərbə vuracağıq. Biz buradayıq, çünki mövcudluq mübarizəsi aparırıq. Hər bir İsrail vətəndaşı üçün aydındır.

Düşünün ki, İranın İsrail şəhərlərinə atmağa nüvə silahı olsaydı, nə olardı... Ona görə də biz xilasetmə müharibəsinə başladıq və bunu gücümüzlə edirik. Əsgərlərimiz, pilotlarımız İran səmasındadır”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.