Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Əcnəbilər üçün saxta nikah təşkil edən azərbaycanlılar saxlanıldı
 
						Əcnəbilər üçün saxta nikah təşkil edən azərbaycanlılar saxlanıldı
Əlavə olunub: 05.22.2025 | 23:50 | Baxılıb: 4567
Ukraynada maddi ehtiyacı olan qadınlarla pul müqabilində saxta nikahlar təşkil edən və əcnəbilərin sərhədi qanunsuz keçməsini leqallaşdıran iki Azərbaycan, iki Özbəkistan vətəndaşı saxlanılıb.

“omrum.az” xəbər verir ki, bu haqda Kiyevin Desnyanski Rayon Prokurorluğu məlumat yayıb.

Müəyyən edilib ki, şəbəkənin təşkilatçısı azərbaycanlılardan biri olub.

O, bu yolla yaşayış icazəsi əldə etmək istəyən əcnəbilərdən “xidmət haqqı” kimi 3 min ABŞ dollarınadək vəsait alırmış. Qanunsuz nikaha razılıq verən qadınların isə hər birinə 10 min qrivna pul ödənilirmiş.

Şəbəkə üzvlərinə Ukrayna Cinayət Məcəlləsinin 27.5 və 332.3-cü bəndləri ilə ittiham irəli sürülüb. Onlar dövlət sərhədini qanunsuz keçməyə təşkilatçılıq etməkdə şübhəli bilinir.




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.