Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Edip Akbayram vəfat etdi - Video
 
						Edip Akbayram vəfat etdi 
							 - Video
Əlavə olunub: 03.02.2025 | 21:28 | Baxılıb: 4150
Məşhur türkiyəli müğənni Edip Akbayram 75 yaşında dünyasını dəyişib.

“omrum.az” xəbər verir ki, bu haqda İstanbul vilayəti Sağlamlıq Müdiri Dos. Dr. Abdullah Emre Güner sosial media hesabında açıqlama yayıb.

Bildirib ki, ölkənin dəyərli sənətçilərindən Edip Akbayram təxminən 2 aydır müalicə aldığı Haydarpaşa Nümunə Təhsil və Araşdırma Xəstəxanasında bütün tibbi müdaxilələrə baxmayaraq həyatını itirib:

“Mərhuma Allahdan rəhmət diləyir, ailəsinə, sevənlərinə və sənət ictimaiyyətinə başsağlığı verirəm”.

Qeyd edək ki, sənətçi yanvarın 9-da yataqdan yıxılması nəticəsində daxili qanaxma şübhəsi ilə Səhiyyə Elmləri Universiteti Haydarpaşa Nümunə Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilib. Bir gün sonra əməliyyat olunub.

Edip Akbayramın ifasında “Aldırma gönül”, “Hasretinle yandı gönlüm”, “Gittin-gideli”, “Güzel günler göreceğiz” və s. kimi mahnılar dillər əzbəridir:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.