Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.10.2025 | 11:01 | Baxılıb: 923
Bu gün Azərbaycan futbolunun əfsanəsi olan Anatoli Banişevskinin ölümündən 28 il ötür. 

“omrum.az” xəbər verir ki, bununla bağlı Peşəkar Futbol Liqası (PFL) süni intellektlə hazırlanmış video paylaşıb. 

Videoda onun Bakını gəzərək Tofiq Bəhrəmov adına Respublika Stadionuna gəlməsi əks olunur. 

Qeyd edək ki, A.Banişevski 1963-1978-ci illərdə “Neftçi”də çıxış edib. O, futbolçu karyerasını başa vurduqdan sonra 1981-ci ildə “Neftçi”də məşqçilik fəaliyyətinə başlayıb. 1983-cü ildə isə komandadan ayrılıb.

A.Banişevski 1996-cı ildə Azərbaycan futbolundakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub. O, 1997-ci ilin dekabrın 10-da dünyasını dəyişib. 

PFL-in hazırladığı videonu təqdim edirik: 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.