Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.02.2025 | 19:47 | Baxılıb: 3872
Rusiya Prezidenti Vladimir Putin Avropa İttifaqı ilə müharibə etmək planlarının olmadığını açıqlayıb.

“omrum.az” xəbər verir ki, o, bu barədə VTB-nin “Rusiya çağırır!” forumundan sonra keçirilən brifinqdə danışıb.

Putin bildirib ki, Moskva dəfələrlə münaqişə istəmədiyini bəyan edib:

“Biz Avropa ilə müharibə etmək istəmirik, bunu yüz dəfə demişəm. Amma, əgər Avropa bizimlə döyüşmək istəsə və başlasa, biz buna dərhal hazırıq. Burada heç bir şübhə ola bilməz. Avropa ölkələri hərbi əməliyyatlara başlasa, Moskvanın danışıqlar aparacağı tərəf qalmaya bilər. Rusiya Avropanı özündən uzaqlaşdırmayıb və qapıları bağlamayıb”.

Qeyd edək ki, yaxın dəqiqələrdə Putinlə ABŞ Prezidentinin  xüsusi nümayəndəsi Stiven Uitkoff arasında növbəti görüş keçiriləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.