Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Əkrəm İmamoğlunun “X” hesabı bloklandı - Foto
 
						Əkrəm İmamoğlunun “X” hesabı bloklandı 
							 - Foto
Əlavə olunub: 05.08.2025 | 04:23 | Baxılıb: 2008
İstanbul Baş Prokurorluğunun istintaqı çərçivəsində həbs edilən İstanbulun sabiq meri Əkrəm İmamoğlunun “X” sosial şəbəkə hesabına məhkəmə qərarı ilə giriş bloklanıb.

“omrum.az” bu barədə “NTV Türkiyə”yə istinadən xəbər verir.

Məlumata görə, məhkəmənin İmamoğlunun sözügedən sosial şəbəkə hesabına girişi bloklamaqla bağlı qərarı İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumuna və “X” platformasına çatdırılıb. 

Qərarla onun sosial şəbəkə hesabı Türkiyə sərhədləri daxilində bloklanıb. Lakin digər ölkələrdən İmamoğlunun hesabına giriş mümkündür.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.