Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Elgünün qətlinə səssiz qalmadılar... - Fotolar
 
						Elgünün qətlinə səssiz qalmadılar... 
							 - Fotolar
Əlavə olunub: 05.15.2025 | 16:08 | Baxılıb: 21529
Xəbər verdiyimiz kimi, mayın 12-si axşam saatlarında Gəncədə 18 yaşlı Elgün İbrahimov küçədə döyülərək tərk edilib və ertəsi gün aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən tədbirlər görülür.

“omrum.az"in məlumatına görə, bütün bu tədbirlərlə yanaşı, sosial şəbəkələrdə də aksiya başladılıb.

Belə ki, bir sıra müğənni və bloqerlər instaqram hesablarının hekayə bölümündə Elgünün qətli ilə bağlı paylaşım edərək gənc oğlanın cinayətin qurbanı olmasına səssiz qalmayıblar.

Xatırladaq ki, bir neçə gün öncə mətbuata açıqlama verən mərhumun dayısı Rövşən Zeynalov Elgünün döyülərək tanınmaz hala salındığını deyib: “Başı yox idi uşağın. Tikə-tikə idi, tanınmaz halda... Gözü yerdə imiş. Ciyəri partlayıb, ağciyəri, qaraciyəri... Qabırğaları qırıq-qırıq idi. Bu, insan işi deyil. Döyülübsə də, dəmirlə döyüblər. Amansızcasına, vəhşicəsinə... Uşaq universitetə hazırlaşırdı, bizim ümidimiz idi. İmtahanının birini vermişdi. Davakar deyildi, bir az zəif uşaq idi. Oxumağa meyilli, çox savadlı idi”.

Peşə məktəbinin mühafizəçisi Valeh Muradov isə bildirib ki, ərazini gəzən başqa bir mühafizəçi inilti səsini eşidib və həmin an Elgünü aşkarlayıb. Daha sonra polisə və təcili yardıma xəbər ediblər.

Qeyd edək ki, qətlə yetirilən oğlan Gəncədəki 34 saylı məktəbin 11-ci sinif şagirdi imiş. O, bir neçə gün öncə buraxılış imtahanında yüksək nəticə göstəribmiş.




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.